MƏDƏNİYYƏT
Milli İncəsənət Muzeyində Respublika Günü qeyd olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin bədii kollektivinin iştirakı ilə 28 May - Respublika Gününə həsr olunmuş konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Xalq Çalğı Alətləri Ansamblının ifasında “Qarabağ şikəstəsi” və “Heyratı” zərbi muğamı, “Gülgəzim” saz ansamblının ifasında “Gözəlləmə”, “Paşa köçdü”, “Şirvan gözəlləməsi” və “Sərayi” saz havaları, Qənbər Hüseynlinin “Ay işığnda”, Səid Rüstəmovun “Qaytağı” və Leonid Koçetovun “Caz notları” və başqa musiqi əsərləri səsləndirilib.
Konsert proqramı mayın 27-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]