MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində “Yeni il hədiyyəsi” adlı aksiya təşkil olunacaq

A+ A

Bakı, 29 dekabr, AZƏRTAC

Milli İncəsənət Muzeyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Yeni il hədiyyəsi” adlı aksiyaya start veriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, gələn il yanvarın 3 və 4-də muzeyə giriş 1 AZN məbləğində təşkil ediləcək.

Bu məqsədlə muzeyin rəhbərliyi paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan hər kəsi bu fürsətdən yararlanmağa dəvət edir.

Aksiya çərçivəsində iştirakçılar muzeyin zəngin stasionar ekspozisiyası və “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər. Bundan əlavə, hər kəs sosial şəbəkələrdə paylaşdığı fotoları Azərbaycan Milli İncəsənət Muzeyinin #azerbmim haştağı başlığı altında paylaşa bilər. Bəyənilən ən yaxşı kreativ 15 foto seçilərək muzeyin səhifəsində paylaşılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.