MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyinin eksponatları Naxçıvanlı məktəblilərin böyük marağına səbəb olub

Bakı, 19 mart, Aynur İsmayılova, AZƏRTAC

“Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

AZƏRTAC xəbər verir ki, muxtar respublika məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərə muzeyin fəaliyyəti, müəssisədə qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat verilib. Bildirilib ki, müəssisə müstəqil muzey kimi 1936-cı ildə yaradılıb. Muzeydə orta əsrlərə, intibah dövrünə, qədim Azərbaycana aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri və s. nümayiş olunur.

Şagirdlər muzeydə məşhur alman, rus, italyan rəssamların mənzərə, portret və digər janrlarda yaratdıqları incəsənət nümunələri ilə tanış olublar.

Qeyd edək ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Bu il martın 16-19-da və 23-26-da reallaşdırılan yeddinci tur-aksiyada 6 istiqamət üzrə 84 şəhər və rayondan IX-XI sinif şagirdləri iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.