MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyinin təqdimatında yeni proqram

A+ A

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeylər - mədəniyyətlər arasında körpüdür” adlı proqram təqdim ediləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, proqram dövlətimiz tərəfindən geniş təbliğ edilən multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr edilib. Proqram çərçivəsində dünya xalqlarının ənənəvi, rəngarəng, yaddaqalan bayramları və adət-ənənələrinin muzeydə qeyd edilməsi nəzərdə tutulur. İlk olaraq Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Rusiya regionlarında ən tanınmış və geniş surətdə qeyd edilən Maslenitsa bayramına həsr olunmuş xüsusi proqram təqdim ediləcək.

Proqram zəngindir və gün ərzində iştirakçılar maraqlı təqdimatların şahidi olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.