MƏDƏNİYYƏT


Milli Kitabxanada “Əlisa Nicat-80” adlı kitab sərgisi açılıb

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-də M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında şair, nasir və alim Əlisa Nicatın anadan olmasının 80 illiyinə həsr olunmuş “Əlisa Nicat-80” adlı kitab sərgisi açılıb.

AZƏRTAC Milli Kitabxananın saytına istinadla bildirir ki, sərgidə qələm adamının poetik istedadını əks etdirən şeir kitabları və seçilmiş əsərləri nümayiş olunub.

Qeyd edək ki, Ə. Nicatın bütün külliyyatı 50 cilddən ibarətdir. Həmçinin, yazıçı müxtəlif tərcümələr, şeirlər, esselər və povestlərin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.