MƏDƏNİYYƏT


Milli Kitabxanada "Seyfəddin Dağlı-95" adlı kitab sərgisi açılıb

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, jurnalist, dramaturq Seyfəddin Dağlının anadan olmasının 95 illiyi münasibətilə “Seyfəddin Dağlı-95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının əsərləri, redaktoru olduğu kitablar və qəzet, jurnal materialları sərgilənib.

Qeyd edək ki, onun “Dəniz kəşfiyyatçısı" adlı ilk kitabı 1948-ci ildə nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa dоğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar оğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.

S.Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.