MƏDƏNİYYƏT


Milli Kitabxanada görkəmli elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

Bakı, 11 yanvar, AZƏRTAC

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Əziz Əliyev-120” adlı kitab sərgisində alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Hər kəsin ziyarət edə biləcəyi kitab sərgisi bir həftə davam edəcək.

Qeyd edək ki, Milli Kitabxanada mütəmadi olaraq Azərbaycanın görkəmli ədəbilərinin və elm adamlarının xatirəsinə həsr olunmuş kitab sərgiləri açılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.