MƏDƏNİYYƏT


Milli Kitabxanada görüş

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs və ikinci katib Leva Majore M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı səfir Latviya parlamentinin spikeri xanım İnara Murnietsenin Azərbaycana səfər edəcəyini və səfər zamanı bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə bu görüşlərin birinin Milli Kitabxanada geniş ictimaiyyətin iştirakı ilə təşkili və tədbir zamanı Latviyaya həsr olunmuş sərginin açılması nəzərdə tutulub.

Bununla yanaşı, diplomat iki ölkə milli kitabxanaları arasında əməkdaşlıq münasibətlərindən söhbət açıb və gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Sonda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara Həsən Həsənovun “Qız qalası” kitabını hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.