MƏDƏNİYYƏT


Milli Kitabxanada treninqlər keçirilib

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 18-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında kitabxananın Treninq Mərkəzində “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninq təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları tərəfindən keçirilən treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak ediblər. Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar. Sonda müdavimlərə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.