MƏDƏNİYYƏT


Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

A+ A

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin həyat yolunu özündə əks etdirən geniş kitab sərgisi və Heydər Əliyev haqqında qısa film nümayiş olunub.

Daha sonra “Heydər Əliyev mədəniyyətimizin hamisidir” adlı qısa film təqdim edilib.

Tədbirdə çıxış edən kitabxananın direktoru professor Kərim Tahirov ümummilli liderin həyat yoluna nəzər salıb, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, onun mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açıb.

Tədbir Ümummilli Liderin zəngin həyat yolunu özündə əks etdirən geniş kitab sərgisinə baxışla yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.