MƏDƏNİYYƏT


Milli Konservatoriyada “Azərbaycan sufi musiqisi” dinlənilib

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında bu təhsil ocağının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim və tələbələrinin “Azərbaycan sufi musiqisi” adlı konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Fəxrəddin Salim sufi musiqisinin əsas mahiyyəti, tarixi barədə məlumat verib. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Xalq Şairi Sabir Rüstəmxanlı, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova və başqaları Fəxrəddin Salimin yaradıcılığı və təqdim olunan konsert barədə öz fikirlərini səsləndiriblər.

Qeyd olunub ki, Fəxrəddin Salim böyük alimdir və onun yaradıcılıq təşəbbüsü tələbələrdə böyük maraq oyadıb.

Konsert proqramı ilə davam edən tədbirdə Fəxrəddin Salim tərəfindən Azərbaycanın görkəmli şairlərinin (İ.Nəsimi, Ş.İ.Xətai, M. Füzuli, Ə.Vahid) qəzəllərinə yazılmış musiqilər səsləndirilib. Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət ansambl və Fəxrəddin Salimin sazda ifa etdiyi sufi musiqiləri böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.