MƏDƏNİYYƏT
Milli Konservatoriyada Ulu Öndərin musiqiyə olan böyük sevgisindən danışılıb
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Milli Konservatoriyasında (AMK) müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konservatoriyanın Tələbə Gənclər Təşkilatının hazırladığı “Sənin yerin görünəcək” adlı tədbirdə AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, hər il bu tarixin Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anıldığını bildirib, müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin xalqımız qarşısında müstəsna tarixi xidmətlərindən, habelə musiqiyə olan böyük sevgisindən danışıb.
L.Hüseynova, həmçinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin xüsusi rolunu diqqətə çatdırıb.
Tədbirdə Heydər Əliyevin çıxışları əsasında hazırlanmış videoçarxlar izlənilib, AMK-nın gənc ifaçıları musiqi proqramı təqdim ediblər.