MƏDƏNİYYƏT
Milli Konservatoriyanın professorunun yubileyi qeyd edilib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında professor, Əməkdar Müəllim Rafiq Musazadənin anadan olmasının 70 və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor, Xalq Artisti Siyavuş Kərimi yubilyar haqında fikirlərini bölüşüb. Rektor yubilyarın ali təhsil ocağının ən məşhur simalarından biri olduğunu qeyd edərək onun elmi-pedaqoji fəaliyyətindən söz açıb.
Mərasimdə akademik Vasim Məmmədəliyev Rafiq Musazadənin muğam sənətində əvəzolunmaz xidmətlərindən danışaraq onun qədim muğamların araşdırılması və tədqiqində yorulmaz fəaliyyətini qeyd edib.
Konsert proqramı ilə davam edən tədbirdə respublikanın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]