MƏDƏNİYYƏT


Milli Kulinariya Mərkəzinin yaranmasının 25 illiyi ilə bağlı ustad dərsləri keçiriləcək

A+ A

Bakı, 1 noyabr, Z.Mansurova, AZƏRTAC

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) yaranmasının 25 illiyi ilə bağlı noyabrın 1-dən 10 günlük ustad dərslərinin keçirilməsinə başlanılıb.

AMKM-dən AZƏRTAC-a bildirilib ki, ustad dərslərini beynəlxalq tədbirlərdə iştirak etmiş və usta aşpaz dərəcəsi almış ustalar keçəcəklər. Eyni zamanda, Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbərliyi tərəfindən də mühazirələr oxunacaq.

Ustad dərsləri “Azərsun Holding”, “Qəbələ quşçuluq” və “Qoç ət”in sponsorluğu ilə Bakı Turizm Peşə Məktəbi, 5, 12 və 18 nömrəli peşə liseylərində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.