Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib YENİLƏNİB

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov aprelin 11-də demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dövlətimizin başçısının xalqımız qarşısındakı əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin və ona sonsuz inamın ifadəsi olduğunu söyləyib.

Parlament sədri Milli Məclis adından Prezident İlham Əliyevi təbrik edib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimini Milli Məclisdə keçirməsi dövlətimizin başçısının parlamentə verdiyi dəyərin və hörmətin göstəricisidir.

Oqtay Əsədovun təklifi ilə Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubunun göndərilməsi qərara alınıb.

Milli Məclisin sədri deyib ki, bugünkü iclasın gündəliyinə bir məsələ daxildir. İclasda “Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi” haqqında məsələyə baxılacaq.

Sonra sədr gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.

Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov bütün fəaliyyəti dövründə özünü yüksək ləyaqətə malik insan kimi təsdiq edib. Novruz Məmmədovun fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib.

Sonra məsələ ilə bağlı müzakirələr aparılıb.

Çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli aprelin 11-də Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirildiyini bildirib, Prezident İlham Əliyevi parlaq qələbəsi münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Novruz Məmmədov beynəlxalq arenada ölkəmizin maraqlarını hər zaman müdafiə edən şəxslərdəndir. Diplomatik karyerasında ən yüksək zirvəyə yüksəlmiş Novruz Məmmədov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi də fəaliyyətində böyük uğurlara imza atıb. O, ölkəmizin daxili və xarici siyasəti, dövlətimizin başçısının apardığı iqtisadi və sosial siyasətlə bağlı dərin məzmunlu çıxışların, məqalələrin müəllifidir. Novruz Məmmədov bütün fəaliyyəti dövründə dövlətimizin milli strategiyasına, Ümummilli Liderə, Prezidentə sədaqət nümunəsi göstərib.

Çıxışlarda Baş nazir kimi fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə Milli Məclis adından Artur Rasi-zadəyə də təşəkkür edilib.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Baş nazir Novruz Məmmədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur. Biz yüksək səviyyəli inkişafımızı davam etdirməliyik. Bu, çox çətin vəzifədir. Çalışacağam ki, bu məsuliyyətli vəzifəni Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim. Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək.

Hazırda Azərbaycanın çox yüksək inkişaf mərhələsində olduğunu vurğulayan Baş nazir deyib: “Mən xarici siyasətlə çox məşğul olduğum üçün beynəlxalq aləmdə dövlətlərlə bağlı mövqeləri yaxşı bilirəm. Azərbaycan fəal iştirakçı və təşkilatçı kimi bu illər ərzində siyasi, enerji, idman, mədəniyyət, multikulturalizm sahələrində dünyanın ən böyük layihələrini uğurla həyata keçirib. Azərbaycan beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verib. Bir neçə ilə Azərbaycan Avrasiyanın ən böyük nəqliyyat qovşağı olacaq. Hindistandan Avropanın şimalına, Şərqdən Qərbə, Avropanın cənubuna qədər bütün ölkələrin ticari, iqtisadi əlaqələrinin qovşağı məhz Azərbaycan olacaq. Bu, həm də Azərbaycanın gələcək inkişafını təmin edir. Mənim qarşımda duran əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bu günə qədər əldə etdiyi uğurların istiqamətlərini daha da konkretləşdirmək, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır. Şübhəsiz ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında dövlət, hökumət strukturları, eləcə də Milli Məclisin üzvləri ilə birlikdə biz bu vəzifələrin öhdəsindən gələcəyik”.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan artıq çox böyük layihələr həyata keçirib, siyasət, iqtisadiyyat, enerji, idman, mədəniyyət sahələrində böyük uğurlara imza atıb. Bütün bu işləri təhlil etsək görərik ki, dünyanın heç bir ölkəsi Azərbaycanla müqayisə oluna, ölkəmizlə rəqabət apara bilməz. Azərbaycan beynəlxalq təşkilatlarda çox fəal iştirak edir. Ölkəmiz siyasi, mədəni, idman, sivilizasiyalararası dialoq, multikulturalizm sahələrində mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına 2019-2021-ci illərdə sədrlik edəcək. Azərbaycan Prezidenti daxili və xarici siyasəti, beynəlxalq münasibətlər sahəsini mükəmməl bilən müdrik dövlət xadimidir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müstəqil Azərbaycan öz tarixində ən möhtəşəm dövrünü yaşayır.

Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha Novruz Məmmədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir