SİYASƏT


Milli Məclis sədrinin birinci müavini Tbilisidə NATO PA-nın yaz sessiyasında iştirak edəcək

Bakı, 25 may, AZƏRTAC

Mayın 26-da Tbilisidə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq. Sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər.

Sessiyanın komitə iclaslarında Suriyada və İraqda müharibənin humanitar aspektləri, sosial media inqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO, Kosmik fəzaya sahiblik və müttəfiqlərin müdafiəsi, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, İqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Rusiya-tərəfdaşdan rəqibə, NATO və Arktikada təhlükəsizlik, NATO-nun texnologiya üstünlüyünün saxlanılması, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi

və digər mövzular müzakirə olunacaq.

Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.