SİYASƏT


Milli Məclis sədrinin birinci müavini Varşavada sammitdə iştirak edəcək

Bakı, 17 may, AZƏRTAC

Mayın 18-də Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti keçiriləcək. Tədbirdə Azərbaycan Milli Məclisini parlament sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirələr aparılacaq.

Ziyafət Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcək.

Sammit çərçivəsində bütün nümayəndə heyəti rəhbərlərinin Polşa Prezidenti ilə görüşləri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.