Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisdə AŞPA komitəsinin milli parlament seminarı keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin “Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” mövzusunda milli parlament seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva açaraq gündəlik barədə məlumatı diqqətə çatdırıb, ölkəmizdə Avropa Sosial Xartiyasının həyata keçirilməsi vəziyyəti barədə məlumat verib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov seminarda çıxış edərək bildirib ki, beynəlxalq sosial təminat hüququ və bu hüququn reallaşdırılması üçün müxtəlif beynəlxalq və regional təşkilatların qəbul etdiyi sənədlər hər bir ölkədə sosial vəziyyətin yaxşılaşdırılması sahəsində baza prinsiplərinin formalaşması üçün səmərəli normativ rolunu oynayır. Bütün bunlar Avropada sosial təminat sahəsində beynəlxalq hüququn mənbəyi qismində iqtisadi və sosial hüquqların geniş dairəsini tənzimləyən Avropa Sosial Xartiyasının əhəmiyyətini bir daha qabarıq şəkildə ortaya qoyur.

Nazir xatırladıb ki, Avropa Sosial Xartiyası Azərbaycanda 2004-cü il noyabrın 1-dən qüvvəyə minib. Bu 13 il sosial-iqtisadi inkişaf baxımından çox səmərəli olub. Respublikada qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,6 milyondan çox iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə endirilib, ölkə əhalisinin gəlirləri 8 dəfəyə qədər artıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial müdafiənin müasir elementlərini özündə cəmləşdirən əhatəli və ünvanlı sosial təminat sistemi formalaşıb. Ötən dövr ərzində bu sahədə ciddi islahatlar aparılıb və sosial müdafiə sferasının müasir tələblərinə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb. Azərbaycanda qurulan sosial müdafiə sistemi bu sahədə müxtəlif beynəlxalq sənədlərə, o cümlədən Avropa Sosial Xartiyası ilə müəyyənləşdirilən tələb və standartlara tamamilə cavab verir. Sosial müdafiə sistemi fərdlərə yanaşmada birinci amil kimi fərdin əmək qabiliyyətinin olub-olmamasını götürür. Əgər fərd əmək prosesindədirsə, onun bütün sosial müdafiə hüquqları ölkədə daim təkmilləşdirilən sosial sığorta sistemi vasitəsilə, fərd əmək qabiliyyətində deyilsə, onun və ya ailəsinin sosial müdafiəsi onların müəyyən həddə gəlirlərinin təmin olunması yolu ilə gerçəkləşdirilir və bunun qanunvericilik bazası dəqiq şəkildə formalaşdırılıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan əhalisi gündən-günə artır. Əhali üçün yeni iş yerləri yaratmaq lazımdır. Hazırda Avropa Sosial Xartiyasının 24-cü maddəsinə uyğun olaraq “İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirə olunur. Bu qanun qəbul olunarsa, işsizlikdən sığorta sistemi işə düşəcək və müavinət alanların sayı 3 dəfə artacaq.

Seminarda çıxış edən Avropa sosial hüquqlar komitəsinin nümayəndəsi Lauri Leppik Avropa Sosial Xartiyasında əksini tapmış hüquqların təmin edilməsində parlamentlərin rolu, qəbul edilmiş qanunların icrasına nəzarət barədə fikirlərini bölüşüb.

Tədbirdə Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Aytən Mustafayeva “Azərbaycanda sosial və iqtisadi hüquqların möhkəmləndirilməsində Xartiyanın rolu: işləmək hüququ, işlə təmin edən xidmətlər və bərabər imkanlar” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ətrafında aparılan müzakirələr zamanı ekspertlər və müxtəlif ölkələrin nümayəndələri çıxış edərək fikirlərini bildiriblər.

Müzakirələrdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev əhalinin məşğulluğunun təmin edilməsinin əsas istiqamətləri barədə məlumat verib, məşğulluq problemlərinin həlli, işsizliyin azaldılması istiqamətində ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda işçilərin kütləvi ixtisarı hallarına yol verilməyib.

Fasilədən sonra seminar işini davam etdirib. Toplantı iştirakçıları “Azərbaycanda sosial islahatlarda irəliləyiş: cari vəziyyət və növbəti illərə baxış” mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev çıxışlarında Azərbaycanda aparılan sosial islahatlar, əldə olunmuş nailiyyətlər barədə seminar iştirakçılarına məlumat veriblər.

Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin sədr müavini Silviya Bonet, Avropa Sosial Xartiyası üzrə alt komitənin üzvləri Serxiy Kiral, Jan Skoberne və başqaları qarşıda buran vəzifələr barədə danışıb, qeydlərini bildiriblər.

Tədbirə yekun vuran Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli seminarın çox səmərəli olduğunu və qarşıya qoyulmuş məqsədə çatdığını qeyd edib. Bildirib ki, Azərbaycan qoşulduğu 18 maddənin hamısı üzrə öhdəliklərini yerinə yetirib və ölkəmizin Avropa Sosial Xartiyasının əlavə maddələrinə də qoşulmaq imkanı var.

Hadi Rəcəbli tədbirin yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib.

Bununla da Avropa Şurası Parlament Assambleyasının sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin “Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” mövzusunda milli parlament seminarı işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib