Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı dinləmələr keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələri keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmələrdə Milli Məclisin deputatları ilə yanaşı, bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ekspertlər iştirak ediblər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dinləmələrdə çıxış edərək ölkəmizlə ABŞ arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir. İki ölkə arasında əlaqələr 1994-cü ildən yeni mərhələyə qədəm qoyub. “Əsrin müqaviləsi”nin imzalanması və Birləşmiş Ştatların o vaxtkı Prezidenti Bill Klintonun bunun reallaşmasına dəstəyi rəsmi Vaşinqtonun Azərbaycana necə önəm verdiyini göstərdi.

2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycan Birləşmiş Ştatlara tam dəstəyini ifadə etdi. Bu gün də beynəlxalq antiterror koalisiyasında Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə mübarizə aparırlar. Azərbaycanın terrorizmə qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi dəstək verməsini nəzərə alsaq, bu, münasibətlərimizin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir.

Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın da ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası Birləşmiş Ştatların Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olmasına münasibətidir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır.

ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti əlaqələrimizə ciddi təsir edən amildir. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın Minsk qrupunun tərkibinə daxil edilməsi üçün böyük iş görülüb ki, bu qurumun daxilində obyektivlik, balanslaşdırılmış düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin. Bununla yanaşı, rəsmi Bakı ABŞ-dan Azərbaycana selektiv yanaşmanın, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir. Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və digər vacib qurumlarda özünə münasibətdə beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini də gözləməkdədir.

Sonra “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Vüqar Bayramovun “Enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq: qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın iştirakı: imkanlar və gözləntilər”, Milli Məclisin deputatı Çingiz Qənizadənin “ABŞ-da insan hüquqlarının təmin olunması: qanunvericiliyin tələbləri və real durum” mövzularında məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Parlamentin intizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, deputatlar Elmira Axundova, Asim Mollazadə, Qənirə Paşayeva, Zahid Oruc, Fəzail Ağamalı, Azay Quliyev, Yevda Abramov, Sabir Rüstəmxanlı, Rasim Musabəyov və başqaları, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərləri müzakirələrdə çıxış edərək son vaxtlar ABŞ-ın Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmasının strateji əlaqələrimizin ruhuna, eləcə də Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətinə zidd olduğunu söyləyiblər. Bildiriblər ki, ABŞ həmsədr kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Azərbaycan-ABŞ münasibətləri strateji əhəmiyyət daşısa da, bu əlaqələr yalnız bir tərəfin iştirakı ilə mümkün olmur. Strateji əməkdaşlıq bir tərəfin addımları ilə tamamlanmır, bu, qarşılıqlı şəkildə olmalıdır.

Qeyd edilib ki, bu gün demokratiya, insan hüquqlarından ayrı-ayrı ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. İnsan hüquqları ümumbəşəri dəyərlərdir və Azərbaycan bu məsələdə və digər demokratik dəyərlərə görə dünya ölkələrinə nümunə ola bilər.

Ölkəmizdə bu istiqamətdə mühüm islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı xüsusi qeyd edilməlidir. Belə proqramlar çox az ölkələrdə həyata keçirilir. Azərbaycan beynəlxalq dəyərlərə, insan haqlarına, demokratiyaya söykənən prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir və etdirəcək. Bu yolda heç bir qüvvə ölkəmizə mane ola bilməz.

Bu gün ABŞ-da Azərbaycanla bağlı formalaşan mənfi fikirlər tam subyektiv və qərəzli xarakter daşıyır. ABŞ-ın Azərbaycana qarşı qeyri-obyektiv münasibəti əlaqələrimizin inkişafına mənfi təsir göstərir. Buna görə də Birləşmiş Ştatların Azərbaycana münasibətdə dəyişiklik etməsi zəruridir. ABŞ Azərbaycana münasibətində yalnız öz maraqları çərçivəsində çıxış etməlidir, ölkəmizi istəməyən qüvvələrin, xüsusilə də erməni lobbisinin maraqlarını kənara qoymalıdır. Azərbaycan indiyədək ABŞ ilə münasibətlərə zərər verə biləcək heç bir addım atmayıb. Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyə sadiq qalıb. Rəsmi Vaşinqton da Azərbaycan ilə strateji əməkdaşlığa əsaslanan normal münasibətləri davam etdirməlidir. Bu, hər iki tərəfin mənafeyinə uyğundur.

Çıxış edənlər Azərbaycanın üzləşdiyi əsassız təzyiqlərin, ikili standartların və digər ədalətsizliklərin ölkə ictimaiyyətinin də haqlı narazılığına səbəb olduğunu bildiriblər. Azadlığa Dəstək Aktına 907-ci düzəlişin hələ də ləğv edilməməsinin, Konqresin qondarma “Dağlıq Qarabağ respublikası”na hər il maliyyə yardımı ayırmasının, işğalçı Ermənistana sanksiya tətbiq edilməməsinin bu cür ədalətsizliklərə bariz nümunə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Minsk qrupunun həmsədri olan bir ölkənin separatçıya yardım etməsi qeyri-düzgün addımdır. Bütün bunların arxasında təbii ki, erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr dayanır. Bu da ABŞ-ın regionda siyasətinə, onun özünün maraqlarına təhlükələr yaradır.

Bu gün Azərbaycanda bütün demokratik dəyərlər ən yüksək səviyyədə həyata keçirilir və ölkəmizin müstəqil siyasət yürütməsini, iqtisadi baxımdan daha da güclənməsini, dünyada söz, nüfuz sahibinə çevrilməsini istəməyən bəzi qüvvələrin bu dəyərlərdən təzyiq kimi istifadə edib Azərbaycanın inkişafına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək. Bu cür ədalətsizliklər ölkəmizin milli maraqlara söykənən müstəqil siyasətinə təsir göstərə bilməz. 

Dinləmələrdə çıxış edənlər ABŞ-ı Azərbaycana münasibətdə ikili standartları aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb