SİYASƏT


Milli Məclisdə Azərbaycan-Böyük Britaniya əlaqələri müzakirə edilib

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyad Səmədzadə görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin tarixindən danışdı. İki ölkənin bütün sahələrdə əməkdaşlığının genişləndiyini vurğulayan komitə sədri 25 il ərzində Azərbaycanın böyük bir yol keçdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycanda yeni iqtisadi sistem qurulub. Böyük Britaniya Azərbaycanda bazar münasibətlərinin qurulmasına böyük dəstək göstərib. Azərbaycanda Böyük Britaniyanın transmilli şirkətlərinin olduğunu deyən Ziyad Səmədzadə diqqətə çatdırdı ki, ölkəmizə investisiya qoyuluşunda Böyük Britaniyanın da özünəməxsus yeri var.

Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə etdi. O, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirdi.

İki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyinə toxunan qonaq vurğuladı ki, dostluq qrupları bu münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Söhbət zamanı bu kimi görüşlərin iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edildi.

Görüşdə Milli Məclisin deputatları Ağalar Vəliyev, Əli Məsimli və Aydın Hüseynov iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.