CƏMİYYƏT


Milli Məclisdə BMT-nin İnkişaf Agentliyinin əməkdaşları ilə görüş keçirilib

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Musa Quliyev “Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı” üzrə aparılan ardıcıl işin hüquqi bazasının gücləndirilməsi ilə bağlı BMT-nin İnkişaf Agentliyinin əməkdaşları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Hadi Rəcəbli Azərbaycan dövlətinin müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən BMT və onun ixtisaslaşdırılmış strukturları ilə əməkdaşlıq etdiyini söylədi. Bildirildi ki, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı, digər aidiyyəti qurumları üzləşdiyimiz problemlərin həllində həmişə öz köməyini göstərib. Diqqətə çatdırıldı ki, Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir. Parlamentdə müvafiq qanunlar qəbul olunur. Komitə sədri sosial sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Habelə qeyd edildi ki, ölkə başçısı tərəfindən Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu Şuraya Baş nazirin müavini Əli Əhmədov başçılıq edir.

Əhliman Əmiraslanov BMT-nin 2015-ci ildə qəbul etdiyi və 2030-cu ilə qədər nəzərdə tutulan Dayanaqlı İnkişaf üzrə Proqramının böyük əhəmiyyət kəsb etdiyini söylədi. Qeyd edildi ki, bu proqramın əsas məramı yoxsulluğun aradan qaldırılması, əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gender bərabərliyi və digər sahələrin inkişafına yönəlmiş bir layihədir. Biz də parlament olaraq ölkəmizin bu proqrama qoşulmasını alqışlayırıq. Komitə sədri diqqətə çatdırdı ki, ölkəmizdə səhiyyənin maddi-texniki bazası demək olar yenindən qurulub, kadr hazırlığı sahəsində böyük işlər görülüb.

Milli Məclis tərəfindən əhali arasında böyük tələfata səbəb olan xəstəliklərlə mübarizə sahəsində proqram hazırlanıb. Ana və uşaq ölümləri üzrə göstəricilər azalıb, bir çox yoluxucu xəstəliklərin kökü tamamilə kəsilib, dünyada patologiyaların müalicəsi üçün vacib olan bütün şərait Azərbaycanda mövcuddur.

BMT-nin İnkişaf Agentliyinin əməkdaşları Alessandro Fracassetti, Ben Sley, Şurençimeq Zohiolt və Cilian Vilkoks ətraflı məlumata görə təşəkkürlərini ifadə etdilər. Qonaqlar ölkəmizdə həyata keçirilən quruculuq işlərini təqdir etdilər, Azərbaycanla BMT və onun strukturları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə danışdılar. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı” üzrə aparılan ardıcıl işin hüquqi bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin önəmli olduğunu qeyd etdilər və bu prosesdə parlamentin rolunu yüksək qiymətləndirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.