Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatı olub YENİLƏNİB

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Azərbaycan Respublikasının Milli Məclisi, “Qüdrətli Azərbaycan naminə” İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri açaraq Xocalı soyqırımının törədilməsindən 25 il keçdiyini bildirib. Bahar Muradova deyib ki, ölkəmizə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunub, vətəndaşlarımız qırğına məruz qalıb, mədəniyyət abidələri dağıdılıb. Azərbaycana qarşı törədilən cinayətlərə hüquqi qiymətin verilməsi, cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində tərəfimizdən əməli addımlar atılıb. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələlərə xüsusi diqqət yetirilib, müxtəlif səviyyələrdə layiqli qiymət verilib, cinayət işləri qaldırılıb. Biz Azərbaycan həqiqətlərini hər zaman dünya ictimaiyyətinə çatdırmağa çalışmışıq, lakin istədiyimiz nəticəni əldə edə bilməmişik. Torpaqlarımızın işğalı davam edir, cinayətkarlar hələ də məsuliyyətdən yayınırlar.

Milli Məclisin sədr müavini bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün mühüm tədbirlər həyata keçirilir. Münaqişə ilə bağlı BMT-də, ATƏT-də müvafiq qətnamələr qəbul edilib, Xocalı soyqırımının tanınması istiqamətində dünyanın ondan çox ölkəsində, ABŞ-ın bir sıra ştatlarında, nüfuzlu beynəlxalq təşkilatlarda müvafiq qərarlar qəbul olunub.

Bahar Muradova diqqətə çatdırıb ki, Milli Məclis bu məsələdə Prezident İlham Əliyevə hər zaman dəstək verir. Bu baxımdan təqdim olunan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Sənəddə milli və dövlət maraqları baxımından aktual məsələlər öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib. Bu yol Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha keşməkeşli səciyyə daşıyıb. Bu işğalın ağır nəticələrinin aradan qaldırılması və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində dövlətimizin səyləri bu gün də davam edir. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Hazırda bu iş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ərəstun Mehdiyev bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzaladığını xatırladıb və bu Sərəncamdan irəli gələn vəzifələri qeyd edib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır. Xocalı soyqırımı erməni millətçi dairələri tərəfindən 100 ildən artıq bir dövrdə Azərbaycana qarşı həyata keçirilmiş siyasətin qanlı səhifələrindən biridir. Xocalı soyqırımının tanınması istiqamətində indiyə qədər beynəlxalq aləmdə geniş iş aparılsa da, bir sıra ölkələrdə müvafiq qərarlar qəbul olunsa da, faciəyə lazımi beynəlxalq hüquqi qiymət verilməyib. Buna görə də qarşımızda hələ bu istiqamətdə gərgin işin aparılması vəzifəsi durur. Bu cinayəti törədənlər məlumdur. Bu cinayəti törədənlər vaxtilə Ermənistan rəhbərliyində olmuş şəxslər, o cümlədən keçmiş prezident Robert Köçəryan, hazırkı prezident Serj Sarkisyan və onun ətrafı, Ermənistanda yüksək vəzifə tutan siyasi və hərbi vəzifəli şəxslər, o cümlədən separatçı rejimin rəhbərliyində duran şəxslərdir. Onların bir çoxları da çıxışlarında günahlarını gizlətməyiblər. Məlumdur ki, Serj Sarkisyan hətta bu cinayətin törədilməsində yaxından iştirak etdiyini və hansı əməllərin törədildiyini etiraf edib. Bütün bunları da stereotiplərin qırılması kimi təqdim edərək öz əməllərinə bəraət qazandırmağa çalışıb. Qarşımızda duran əsas vəzifə bu sahədə aparılan siyasi və informasiya mübarizəsi işini genişləndirməklə yanaşı, hüquqi müstəvidə də məsələnin qiymətləndirilməsi istiqamətində fəaliyyəti intensivləşdirməkdir. Bu baxımdan, yeni qanun layihəsini həm siyasi, həm hüquqi müstəvidə faydalı hesab etmək olar.

Parlament Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov qanun layihəsi barədə məlumat verərək deyib: “Ölkə başçısı İlham Əliyev hər zaman vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları çərçivəsində ədalətli şəkildə həll olunmalıdır. Bu nöqteyi-nəzərdən cinayətkarların cəzalandırılması da beynəlxalq hüquqa əsaslanmalıdır”. Diqqətə çatdırılıb ki, yeni qanun layihəsi 3 fəsil, 19 maddədən ibarətdir. Qanun beynəlxalq cinayətlərin dairəsini müəyyən edir. Beynəlxalq cinayət kateqoriyasına təcavüz, soyqırımı, insanlıq əleyhinə və hərbi cinayətlər daxildir. Layihədə bu anlayışların mahiyyəti ətraflı izah olunur. Burada habelə universal yurisdiksiya, etnik təmizləmə, müharibə cinayətləri, beynəlxalq cinayətlərin qarşısının alınması və digər zəruri məsələlər ehtiva olunur. Sənəddə mühüm əhəmiyyət kəsb edən beynəlxalq cinayətlərin təqibetmə mexanizmi və digər vacib məqamlar da öz əksini tapıb.

Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev qanun layihəsinin qəbul olunmasını şərtləndirən amillər barədə danışıb. Hərbi prokuror deyib: “Hamımıza məlumdur ki, 1988-ci ildən bəri Azərbaycana qarşı Ermənistan tərəfindən hərbi təcavüz başlanıb və bu təcavüz bu gün də davam edir. Bu illər ərzində, xüsusən 1988-1992-ci illərdə təkcə Xocalıda deyil, həm də Azərbaycanın bir sıra digər yaşayış məntəqələrində, o cümlədən Şuşada, Kərkicahanda, Ağdərədə, Meşəlidə, Qaradağlıda kütləvi qırğınlar, soyqırımları həyata keçirilib. Qeyd etdiyim yaşayış məntəqələrində ayrı-ayrı vaxtlarda törədilmiş bu kütləvi qırğınlar 2005-ci il mayın 5-dən etibarən mənim qərarım əsasında qanunun retroaktiv tətbiqindən istifadə olunaraq soyqırımı kimi qiymətləndirilib”.

Hərbi prokuror qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərlə bağlı 297 nəfərin həbsi üçün qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və İnterpol vasitəsilə axtarış aparılır. Lakin indiyədək onlardan heç biri saxlanılaraq Azərbaycana verilməyib. Bu, dünyada mövcud olan ikili standartların göstəricisidir.

Xanlar Vəliyev deyib ki, qanun layihəsi Hərbi Prokurorluqda öyrənilib. Layihə hazırlanarkən müxtəlif ölkələrin bu sahədəki təcrübəsindən geniş istifadə olunub. Hərbi prokuror cinayətkarlar barəsində əməli tədbirlərin görülməsi, onların məsuliyyətə cəlb olunması üçün təqdim edilən qanun layihəsinin əhəmiyyətli olduğunu söyləyib və bir sıra təkliflərini verib.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib ki, Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib və bu cinayətlər hələ də davam edir. Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir. Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də qanunsuz şəkildə istifadə edirlər, orada istehsal olunan məhsulları öz məhsulları kimi təqdim edirlər. Bu, cinayətdir və bu cinayətlərin qarşısı alınmalıdır.

Çingiz Əsgərov qeyd edib ki, yeni hazırlanan qanun layihəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addım hesab etmək olar. Bu baxımdan bu gün müzakirə edilən qanun layihəsinin qəbulu mühüm əhəmiyyət kəsb edir.

Sektor müdiri, həmçinin vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib və həmin işlər artıq icraata götürülüb.

Deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev təmsil etdiyi qurumun beynəlxalq cinayətkarlığa qarşı dövlətin həyata keçirdiyi siyasəti daim dəstəklədiyini söyləyib, yeni qanun layihəsi barədə fikirlərini açıqlayıb.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib ki, müzakirə olunan məsələ dövlətimiz və xalqımız üçün vacibdir. Təqdim olunan qanun layihəsi siyasi baxımdan böyük önəm daşıyır. Onun hazırlanması istiqamətində ciddi iş aparılıb. Sənəddə beynəlxalq cinayətlər pislənilir və onlara qarşı hüquqi müstəvidə mübarizə yolları göstərilir.

Deputatlar Vüsal Hüseynov, Rafael Cəbrayılov, Tahir Kərimli, Rövşən Rzayev, Əflatun Amaşov, Zahid Oruc, Cavanşir Feyziyev, qeyri-hökumət təşkilatlarının nümayəndələri qeyd ediblər ki, təqdim olunan qanun layihəsi konseptual baxımdan zəruridir və beynəlxalq hüquqda baş verən dəyişikliklərin milli qanunvericilikdə nəzərə alınması baxımından uğurlu layihədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir