CƏMİYYƏT


Milli Məclisdə Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib

A+ A

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Milli Məclisin plenar iclasında Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin sahibkarlığın inkişafı ilə əlaqədar meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə hazırlandığını bildirib.

Meşə fondu torpaqlarının icarəyə verilməsi məsələsində təklif olunan redaksiyaya görə, Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər.

Bildirilib ki, meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir, subicrası qadağandır və icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.