CƏMİYYƏT
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər, həmçinin bu ilin payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verilib.
Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, hesabat dövründə komitənin dörd iclası keçirilib. Bu iclaslarda beş məsələ, o cümlədən beş qanun layihəsi müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclis tərəfindən qəbul olunub. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Hesabat dövrü ərzində komitəyə 220 vətəndaşın müraciəti daxil olub və həmin müraciətlərin 101-i tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.
Sonra Aqiyə Naxçıvanlı ailə, qadın və uşaq məsələləri komitəsinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verib.