SİYASƏT


Milli Məclisin deputatı AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısında iştirak edəcək

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Paris şəhərində AŞPA-nın sosial komitəsi çərçivəsində Sevinc Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara qarşı cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə edilən məsələlərə münasibət bildirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.