SİYASƏT


Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edib

A+ A

Paris, 9 sentyabr, AZƏRTAC

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak edib.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə edilib.

Komitə üzvlərinin məruzə layihələri dinlənilib, “Google” və “Facebook” platformalarının azyaşlı istifadəçilər üçün uyğunlaşdırılması üzrə mütəxəssislərin təqdimatından sonra internet şəbəkəsində diskriminasiya ilə mübarizə yolları haqqında müzakırələr davam etdirilib. Bundan başqa, qaçqınların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi, ictimai yerlərdə qadınlara qarşı təcavüz hallarının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib. İclasda noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumunda iştirak edəcək nümayəndələr müəyyənləşdirilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova müzakirə olunan məsələlərə münasibət bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.