SİYASƏT


Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edib

A+ A

Paris, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərlik və qeyri-diskriminasiya və miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrinin iclası keçirilib.

Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda qaçqın qadınlara qarşı diskriminasiyaya və zorakılığa son qoyulması, müşayiət olunmayan azyaşlıların müdafiəsi, əmək bazarında miqrantların dəstəklənməsi məsələləri müzakirə edilib.

Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitə müşayiət olunmayan azyaşlıların itkin düşməsinin qarşısını almaq üçün Avropa ölkələrini onların müdafiəsini təkmilləşdirməyə çağırıb.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında “qaçqın qadınların gender əsaslı zorakılıqdan müdafiəsi”nə dair hesabat dinlənilib.

Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitənin iclasında dövlətlərin hamilə qadınların həbs olunmasının qarşısını almaq və gender - həssaslı sığınacaq prosedurlarını təşviq etmək istiqamətində tədbir görmələri vurğulanıb.

Bundan başqa, qaçqınların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi, ictimai yerlərdə qadınlara qarşı təcavüz hallarının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib. İclasda noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumunda iştirak edəcək nümayəndələr müəyyənləşdirilib.

Milli Məclisin deputatı Sahibə Qafarova müzakirə olunan məsələlərə münasibət bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.