SİYASƏT


Milli Məclisin deputatı ATƏT PA-nın sessiyasına sədrlik edəcək

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev sessiyanın “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” adlı toplantısına sədrlik edəcək. Konfransda “Cənub-Şərqi Avropada demokratik institutların və insan haqlarının inkişaf etdirilməsi: bu fəaliyyətdə ATƏT-in rolu” və “Beynəlxalq miqrasiyanın idarə edilməsi əsasında insan haqlarının inkişafı” mövzularında da müzakirələr aparılacaq.

Sessiya ərzində, həmçinin Aralıq dənizi Forumu keçiriləcək. Forum iştirakçıları bir sıra aktual məsələlərlə bağlı fikirlərini bölüşəcəklər. Deputatlarımız qeyd olunan toplantılarda fəal iştirak edərək müzakirəyə çıxarılan məsələlərlə bağlı rəy və təkliflərini bildirəcəklər.

Səfər zamanı deputat Azay Quliyev ATƏT PA-nın daimi komitəsinin iclasında da iştirak edəcək. Yığıncaqda beynəlxalq katibliyin daxili islahatlar vasitəsilə gücləndirilməsi, beynəlxalq katiblik tərəfindən üzvlərin dəstəklənməsi, digər tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri və gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 3-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.