SİYASƏT


Milli Məclisin deputatı Astanada keçiriləcək Parlamentlərarası Forumda iştirak edəcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 26-27-də Qazaxıstanın Astana şəhərində Parlamentlərarası Forum keçiriləcək. Forumda Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ISESCO və UNESCO tərəfindən birgə təsis edilmiş forumda parlamentarilər, siyasətçilər, elmi birliklərin, medianın, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak edəcəklər.

Tədbirdə üzv dövlətlərdə elm, texnologiya və innovasiyalar sahəsində idarəçiliyin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Deputat Bəxtiyar Əliyev müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.