SİYASƏT


Milli Məclisin deputatı Astanada səs verib

A+ A

Astana, 26 sentyabr, AZƏRTAC 

Qazaxıstanın Astana şəhərində keçirilən Parlamentlərarası Forumda iştirak edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev ölkəmizin Qazaxıstandakı səfirliyində səs verib.

Deputat deyib: “Astanaya ilk səfərim əlamətdar bir vaxta təsadüf edib. Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərlə bağlı referendum ölkəmiz üçün taleyüklü, çox mühüm siyasi hadisədir. Mənə bu dəfə ölkəmizin bir hissəsi olan səfirliyimizdə səs vermək nəsib oldu. Düşünürəm ki, referendumun nəticələri Azərbaycanda keyfiyyətcə yeni bir mərhələyə keçidi təmin edəcək. Ölkəmizin dünyada mövqeyini möhkəmləndirəcək, islahatların daha da sürətləndirilməsini, müstəqilliyin möhkəmləndirilməsini, əhalinin firavan gələcəyini təmin edəcək”.

Azərbaycanın Qazaxıstandakı səfirliyində yaradılan seçki məntəqəsində Astana, Almatı və Aktau şəhərlərində yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz səs verirlər. Yerli vaxtla saat 17:00-a olan məlumata görə, adları seçici siyahısında qeyd edilən vətəndaşların təxminən 62 faizi səsvermə hüququndan yararlanıb. Astana şəhərində 741, Almatıda 260, Aktauda isə 465 nəfər konsulluq qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşı ümumxalq səsverməsində iştirak edib.

Məntəqə seçki komissiyasından bildiriblər ki, səsvermənin gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.