CƏMİYYƏT


Milli Məclisin deputatı Atatürkün vəfatının ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək

A+ A

İstanbul, 8 noyabr, AZƏRTAC

Macarıstanın İstanbuldakı baş konsulluğunda bu diplomatik nümayəndəlik və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək.

Diplomatların, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək mərasimdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovun Atatürkün həyat və fəaliyyətinə dair məruzəsi dinləniləcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.