SİYASƏT


Milli Məclisin deputatı Baltik Assambleyasının 35-ci sessiyasında iştirak edəcək

A+ A

Riqa, 27 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci iclasında iştirak etmək üçün oktyabrın 27-dən 29-dək Latviyada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının sərhədlərinin idarə olunması və miqrasiya məsələləri, Baltik dövlətləri üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər müzakirə ediləcək.

Deputatımız müzakirə edilən məsələlərə münasibətini bildirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.