CƏMİYYƏT
Milli Məclisin deputatı ICAPP-ın Qadın Təşkilatı tərəfindən keçirilən konfransda iştirak edəcək
Bakı, 28 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyasi (YAP) Siyasi Surasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı aprelin 28-dən mayın 1-dək Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP ) Qadın Təşkilatı tərəfindən keçirilən beynəlxalq konfransda iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Kambocanın paytaxtı Pnom Pendə keçirilən bu tədbir Pekin Konfransının 20 illiyinə həsr edilib. Asiya Sakit okean bölgəsinin 70-dən cox ölkəsinin Siyasi Partiyalarını əhatə edən bu təşkilatın Qadın Qolunun həmsədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransın açılış və bağlanış məruzəsini edəcəkdir.
Xatırladırıq ki, Yeni Azərbaycan Partiyasi artıq uzun illərdir ki, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Daimi Komitəsinin üzvü olmaqla böyük nüfuza malikdir.