SİYASƏT


Milli Məclisin deputatı Moldovada prezident seçkilərini müşahidə edəcək

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatı Sabir Hacıyev oktyabrın 26-dan 31-dək Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq. O, MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan parlamentinin nümayəndəsi əvvəlcə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.