SİYASƏT


Milli Məclisin deputatı Monteneqroda beynəlxalq konfransda iştirak edib

Paris, 14 dekabr, AZƏRTAC

Monteneqronun Budva şəhərində “Qərbi Balkanlarda və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.

Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova tədbirdə AŞPA-nı təmsil edib.

Konfransın sessiyasına moderatorluq edən Milli Məclisin deputatı ölkəmizdə gender məsələləri, eləcə də bu sahədə qəbul olunan qanunlar haqqında iştirakçılara ətraflı məlumat verib.

AŞPA-nın və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə Monteneqronun əmək və sosial rifah naziri Kemal Puruşiç, insan hüquqları və azlıqların hüquqları naziri Mehmet Zenka, Monteneqro parlamentinin sədri İvan Brajovic, Albaniyanın sosial rifah və gənclər naziri Blendi Klosi, Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar üzrə naziri Semiha Borovac, Türkiyənin qadın və kişilər üçün bərabər imkanlar üzrə komitəsinin sədri Radiye Sezer Katırcıoğlu çıxış ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.