SİYASƏT


Milli Məclisin deputatı Parisdə “AŞPA-nın gələcəyi və təşkilatda islahatlar” mövzusunda “dəyirmi masa”da iştirak edəcək

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Rene Rukenin dəvəti ilə sentyabrın 11-dən 13-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Deputatımız “AŞPA-nın gələcəyi və təşkilatda islahatlar” mövzusunda keçiriləcək “dəyirmi masa”da iştirak edəcək. Tədbirdə qurumun gələcək fəaliyyəti, islahatların aparılmasının vacibliyi, üzv ölkələr arasında səmərəli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səməd Seyidov toplantıda Azərbaycan ilə AŞPA arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşəcək.

Deputat daha sonra Milli Məclisin nümayəndə heyətinin tərkibində Strasburqda keçiriləcək AŞPA-ya üzv dövlətlərin Parlament Sədrlərinin Konfransında iştirak edəcək.

Səfər sentyabrın 16-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.