SİYASƏT


Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək

Bakı, 8 dekabr, AZƏRTAC

Milli Məclisin deputatı Musa Quliyev dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekə səfərə gedəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin deputatı Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin İcraiyyə komitəsinin xətti ilə müşahidə edəcək.

Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.

Səfər dekabrın 13-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.