SİYASƏT
Milli Məclisin deputatı “VIII möcüzə - qış liderlik məktəbi” layihəsi iştirakçılarının suallarını cavablandırmışdır VİDEO
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Tovuzda reallaşdırdığı “VIII möcüzə-qış liderlik məktəbi” layihəsinin iştirakçıları Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüşmüşlər.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Aydın Mirzəzadə Azərbaycanın sosial-iqtisadi inkişafından, dövlət gənclər siyasəti və onun uğurlarından söz açmış, iştirakçıların suallarını cavablandırmışdır.
Respublikamızın 28 ali və orta ixtisas təhsil müəssisəsindən 100 tələbənin iştirak etdiyi layihə fevralın 16-dək davam edəcəkdir. Layihə çərçivəsində tələbələrin müxtəlif sahələr üzrə mütəxəssislərlə görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur.