CƏMİYYƏT


Milli Məclisin deputatı xarici jurnalistlərə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri barədə danışıb

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Milli Məclisin deputatı Qənirə Paşayeva Beynəlxalq Qadın Konfransı çərçivəsində bir sıra Avropa və ərəb ölkələri televiziya kanallarına, qəzet və xəbər agentliklərinə müsahibəsində Azərbaycan həqiqətləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışıb.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi Yerevan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur.

Milli Məclisin deputatı Azərbaycanın iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti, ölkəmizdəki multikultural və tolerant mühitdən, qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlərdən də söhbət açıb. O, jurnalistlərə Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu hədiyyə edib.

Q.Paşayeva tədbir çərçivəsində “Bloomberg News”un redaktoru Lisa Kassenaar ilə də görüşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.