SİYASƏT


Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Bakı, 5 dekabr, AZƏRTAC

Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq.

İclasda Milli Məclisin deputatı müzakirə olunacaq məsələlər barədə fikirlərini bildirəcək.

X X X

Dekabrın 6-da və 7-də Parisdə Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, həmçinin miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin də iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcək.

İclaslarda internetdə nifrətin və ayrı-seçkiliyin qarşısının alınması, dini azlıqlarda uşaq və ailə hüquqlarının qorunması, əlil şəxslərin siyasi hüquqları, miqrantlar problemi, qaçqınların sığındıqları ölkələrə inteqrasiyası, Fələstinin Qəzza şəhərində humanitar böhran, Yunanıstanda qaçqınlar problemi, 2017-ci ildə görüləcək işlər və digər mövzularda müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.