Milli Məclisin deputatları Belçikada keçiriləcək “dəyirmi masa”da iştirak edəcəklər
Bakı, 4 mart, AZƏRTAC
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Kamran Bayramov və Rövşən Rzayev martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputatlar Avropa Siyasət Mərkəzi, LİNKS qeyri-hökumət təşkilatının birgə təşəbbüsü və Avronest Parlament Assambleyasının üzvü, Avropa Parlamentində Yaşıllar siyasi qrupunun sədr müavini Heidi Hautalanın ev sahibliyi ilə keçiriləcək “dəyirmi masa”da iştirak edəcəklər.
Tədbirdə “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin komitə sədri Fuad Muradov toplantının aparıcılarından biri olacaq.
Deputatlarımız, həmçinin Avronest PA və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində bir sıra görüşlər keçirəcəklər.
Səfər martın 9-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [14:08]
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
- 18.05.2026 [13:37]
Prezident İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
- 18.05.2026 [13:25]
Azərbaycan Prezidenti: Ziyarətçilər Ağdamı Xirosimaya bənzədirlər
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]