SİYASƏT


Milli Məclisin deputatları Buxarestdə regional konfransda iştirak edəcəklər

Bakı, 9 iyun, AZƏRTAC

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunların işlənməsinin təşviqi” mövzusunda Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak etmək üçün iyunun 11-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatda rolunun artırılması, bununla bağlı maarifləndirmə işinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Deputatlar ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində qəbul olunan qanunlar, onlara göstərilən dövlət qayğısı barədə məlumat verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.