SİYASƏT
Milli Məclisin deputatları IV Dünya Türk Forumunda iştirak edəcəklər
Bakı, 22 aprel, AZƏRTAC
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Musa Qasımlı IV Dünya Türk Forumunda iştirak etmək üçün aprelin 23-dən 26-dək Türkiyədə səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türk Asiya Strateji Araşdırmalar Mərkəzi tərəfindən İstanbulda təşkil edilən foruma TÜRKSOY xalqlarının nümayəndələri qatılacaqlar. Forumda türk dünyası birliyinin möhkəmləndirilməsi ilə bağlı məsələlər, bu istiqamətdə qazanılan nailiyyətlər, eləcə də mövcud problemlər müzakirə olunacaq.