SİYASƏT


Milli Məclisin deputatları Kiyevdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

A+ A

Kiyev, 1 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Ukrayna paytaxtında AVRONEST Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edirlər.

Noyabrın 1-də AVRONEST Parlament Assambleyasının ikigünlük işi başa çatdıqdan sonra Milli Məclisin deputatları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Sonra deputatlar Azərbaycanın Ukraynadakı səfirliyində olublar.

Səfir Azər Xudiyev deputatları Şərq Tərəfdaşlığı parlament təşkilatı (AVRONEST) və Avropa İttifaqı arasında məhsuldar iş, Məlahət İbrahimqızını isə AVRONEST Parlament Assambleyasının sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin həmsədri seçilməsi münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan və Ukrayna arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.