CƏMİYYƏT


Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli əvvəlcə 2016-cı ilin payız sessiyası dövründə görülən işlər və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri barədə məlumat verib. O bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 10 məsələ müzakirə olunub, 8 qanun layihəsi Milli Məclisə baxılması üçün tövsiyə olunub və qəbul edilib. Payız sessiyasında komitəyə 840 sənəd, o cümlədən vətəndaşlardan 760 ərizə, nazirlik və idarələrdən isə 80 cavab məktubu daxil olub. Sessiya müddətində komitə sədrinin qəbulunda 320 vətəndaş olub və onların ərizələri aidiyyəti qurumlara göndərilib. Deputatlar müxtəlif beynəlxalq və yerli tədbirlərdə fəallıq göstəriblər. Komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Hadi Rəcəbli 2017-ci ilin yaz sessiyasına “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihələrinə baxılacağını diqqətə çatdırıb.

Sonra komitənin 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.