CƏMİYYƏT


Milli Məclisin gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirilib

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Milli Məclisin gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Fuad Muradov əvvəlcə 2016-cı il yaz sessiyası dövründə görülən işlər üzrə hesabat və həmin ilin payız sessiyasının qanunvericilik işləri barədə məlumat verib.

Bildirilib ki, 2016-cı ilin payız sessiyasında gənclər və idman sahəsində dövlətlərarası orqanların Azərbaycanla bağlı fəaliyyətinə komitənin cəlb olunmasının təmin edilməsi məsələsinə baxılacaq. Həmçinin “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin hazırlanması və müzakirəsi nəzərdə tutulur. Payız sessiyasında “Gənclər siyasəti haqqında” Qanunda edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin müzakirəsi, “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Gənclər və İdman Nazirlinin, Milli Olimpiya Komitəsinin nümayəndələrindən ibarət birgə işçi qrupu ilə əməkdaşlığın həyata keçirilməsi, səhiyyə komitəsi ilə birgə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin hazırlanması və müzakirəsi məsələlərinə baxılacaq.

Komitə, həmçinin 2 fevral - Gənclər Gününə həsr olunan ictimai dinləmələr keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.