Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbədənkənar iclası keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

İclasda Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı müzakirə edilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Avropa Parlamentində sentyabrın 10-da Azərbaycana qarşı növbəti siyasi aksiya keçirilib. Ölkəmizlə bağlı növbəti qərəzli qərar qəbul olunub.

Sədr qeyd edib ki, məsələ ilə əlaqədar Milli Məclisin 49 deputatı tərəfindən növbədənkənar iclasın keçirilməsi ilə bağlı müraciət daxil olub.

Avropa Parlamentinin bu ədalətsiz qətnaməsi ilə bağlı danışan Oqtay Əsədov deyib: “Təkcə son 2 ildə bir neçə dəfə bu təşkilat bizim ölkəmiz barədə ədalətsiz mövqe nümayiş etdirib. Amma bu dəfə Avropa Parlamenti, necə deyərlər, bütün çərçivələri aşıb. Hələ mən adi cinayət faktlarının siyasiləşdirilməsini, məhkəmə sisteminə müdaxilə edilməsini demirəm. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılıb.

Hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edəndə biz çalışırdıq ki, yaranan məsələlər tarazlaşdırılmış şəkildə yoluna qoyulsun. Amma axırda vəziyyət başqa şəkil aldı.

Adətən Avropa Parlamentində Azərbaycanla bağlı məsələnin müzakirə edildiyi iclaslara 40-50 nəfərdən artıq deputat gəlmirdi. Bu dəfə iştirakçıların sayını artırmaq üçün Azərbaycanın məsələsi dünyanı, Avropanı həqiqətən narahat edən məsələlərlə birlikdə müzakirəyə çıxarılmışdı. Çox nadir hallarda Avropa Parlamentində 635 deputat iştirak edir.

İclasın gedişində Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok söz alaraq qətiyyətlə tələb etdi ki, prosedur qaydaları pozulmasın. Məsələ əvvəlcə komitələrdə müzakirə edilsin, sonra plenar iclasa çıxarılsın. Yoxsa Azərbaycan itirilə bilər.

Dərhal Avropa Parlamentinin sədr müavini Ulrike Lunaçek bu haqlı irada etirazını bildirdi. Qeyd etdi ki, bu məsələ gündəlikdə qalmalıdır. Onun ardınca deputatlar Corci Sebastian və Fransua Slifinsi çıxış edərək iclasın gedişinin dəyişməsinə etiraz etdilər və dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır. Maraqlı məqam odur ki, bu iki deputat on gün əvvəl Dağlıq Qarabağda olub və qondarma rejimin başçısı Bako Saakyanla görüşüblər. Yəqin ki, ondan aldıqları təlimatı yerinə yetirmək və bəxşişlərinin əvəzini vermək üçün bu qədər canfəşanlıq edirdilər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentinə necə yol açdığını göstərir. Yeri gəlmişkən, mən Avropa Parlamentinin sədri Martin Şultsu korrupsiyaya qurşanmış lobbiçi qruplaşmalarla işbirliyinə son qoymağa çağırıram”.

Qeyd edilib ki, iclasda saxta, yoxlanılmamış məlumatlar səsləndirilib və arqument kimi istifadə olunub. Bütün bunlar indi Avropada tüğyan edən ksenofobiya və islamofobiyanın, ayrı-seçkiliyin Avropa Parlamentində də kök saldığını göstərir.

Milli Məclisin sədri deyib ki, iclasda səsvermənin nəticələri maraqlı bir məqamı üzə çıxardı. Qətnamənin əleyhinə 202 deputatın səs verməsi, 72 deputatın bitərəf qalması göstərdi ki, Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv və sağlam qüvvələr var. Amma korrupsiyaya qurşanmış lobbiçi qruplaşmaların pozucu fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşidilməz etdi. Növbəti dəfə Azərbaycan əleyhinə sənəd qəbul olundu, əslində isə Avropa Parlamentinin imicinə yeni bir zərbə vuruldu.

Oqtay Əsədov deyib: “Biz həmişə görmüşük ki, Azərbaycan böyük ictimai-siyasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrdə ölkəmizə edilən hücumlar çoxalır. Avropa Parlamentinin budəfəki qətnaməsinin vaxtı da təsadüfi seçilməyib. Azərbaycan parlament seçkiləri keçirməyə hazırlaşır. Seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən bütün tədbirlər görülür, o cümlədən müşahidəçilərin göndərilməsi barədə xarici ölkələrə, beynəlxalq təşkilatlara müraciətlər edilir. Belə bir vaxtda Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə müvafiq qurumlara və üzv ölkələrə çağırışlar edir. Bu, beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobudcasına pozulması deməkdir. Seçkilər başlanmamış onun legitimliyini indidən şübhə altına alanlar bilməlidirlər ki, parlament seçkilərinin legitimliyi barədə qərarı yalnız Azərbaycan xalqı verə bilər.

Hesab edirəm ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqelərini zəiflətməkdir.

Azərbaycan parlamenti olaraq biz həmişə beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlığın tərəfdarı olmuşuq. Bu istiqamətdə xeyli iş görmüşük. O cümlədən Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasının yaradılmasında iştirak etmişik.

Ümid edirdik ki, Azərbaycanla bağlı məsələlər əvvəlcə bu qurumlarda müzakirə olunacaq və həmin müzakirələr problemlərimizin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həllinə kömək edəcək. Əvəzində nə gördük? Son 2 ildə bu komitənin heç bir iclası keçirilmədi. Nə Avronestin, nə də digər beynəlxalq təşkilatların sənədlərinə Dağlıq Qarabağla bağlı 1 bənd də daxil edilmədi. Paritetdən danışıb Dağlıq Qarabağ problemini qulaqardına vurdular”.

Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu müstəqil daxili və xarici siyasət aparılır. Ölkəmizin müstəqil siyasəti isə Avropa Parlamentini və bəzi qurumları qıcıqlandırır. Bizi istəyənlər də, istəməyənlər də bilməlidirlər ki, Azərbaycan xalqı heç zaman heç kimin himayəsində olmayacaq. Azərbaycan dövləti heç bir xarici qüvvənin buyruğu ilə hərəkət etməyəcək, müstəqil siyasətini davam etdirəcək.

Sonra məsələ ilə bağlı müzakirələr başlayıb.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Avropa Parlamentinin qəbul etdiyi son qətnamə tamamilə saxta faktlar, böhtan və yalan üzərində qurulan kağız parçasıdır. Buna cavab verməmək də olardı. Ancaq bu, Avropa Parlamentinin Azərbaycana qarşı birinci qərəzli qətnaməsi olmadığı üçün bu iclasda ona cavab vermək lazımdır.

Sədrin birinci müavini bildirib: “Mən sizin yadınıza 2014-cü ilin sentyabr ayını salmaq istəyirəm. Həmin vaxt yenicə seçki keçirən Avropa Parlamenti tələm-tələsik Azərbaycana qarşı qətnamə qəbul etdi. Xeyir ola? Hələ təzə toplaşmısınız, çoxları isə heç Azərbaycanı tanımır, ölkəmizə gəlməyiblər. Nədir məqsəd? Məqsəd birdir. Azərbaycanda davamlı surətdə mövcud olan ictimai-siyasi sabitlik onları qane etmir.

Avropa Parlamentinin qəbul etdiyi sonuncu qətnamədə deyilir ki, guya Azərbaycanda senzura var, söz və mətbuat azadlığı pozulur. Bütün bunlar böhtandır. Bu doğrudan da gülünc bir məsələdir. Azərbaycanda 50-yə yaxın siyasi partiya var. Yüzlərlə qəzet, jurnal, onlarla televiziya var.

Siyasi məhbuslar məsələsinə baxaq. Dəfələrlə demişik, Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur. Onlar siyasi məhbus anlayışı adı altında istənilən dövlətin daxili işlərinə qarışırlar. Ona görə də heç bir beynəlxalq sənəddə siyasi məhbus anlayışının nə demək olduğu barədə məlumat yoxdur. Azərbaycanda peşə məsuliyyətinə görə həbs olunan heç bir mətbuat, QHT nümayəndəsi yoxdur. Çünki Azərbaycan demokratik, dünyəvi dövlətdir. Bəşəriyyətin qəbul etdiyi bütün normalar Konstitusiyamızda əksini tapıb.

Avropa Parlamentinin rəhbərliyində oturanlar isə lobbiçilik siyasəti ilə məşğuldurlar, milli satqınlarla əlaqədə olan korrupsiyaya qurşanmış insanlardır. Sual olunur: Azərbaycan sizə nə edib? Azərbaycandan nə istəyirsiniz? Biz inkişaf etməli deyilikmi?! Azərbaycan müstəqil siyasət yürüdür. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycanda xalq ilə hakimiyyət arasında möhkəm bağlılıq var. Onlar bunları istəmirlər və bu, onları qıcıqlandırır”.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə və orada qeyd olunanlar özünü vətənpərvər hesab edən hər kəs üçün təhqir kimi qəbul edilməlidir. Əgər kimsə Azərbaycana qarşı yönəlmiş heç bir əsası olmayan bu cür ittihamlara haqq qazandırmağa çalışırsa, deməli bu qətnamələri qəbul edənlərlə onların arasında hansısa bağlılıq var. Onlar oradan verilən sifarişlərin Azərbaycandakı icraçılarıdır. Ya da öz maraqlarını güdən və necə olursa-olsun öz layihələrini həyata keçirmək istəyənlərdir. Ona görə, buradan öz soydaşlarımıza, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalara, ictimai qurumlara səslənirəm. Bu məsələdə öz maraqlarınızı, layihələrinizi kənara qoyub azərbaycançılıq mövqeyindən çıxış etməyə çalışın. Azərbaycan ilə münasibətləri pozmaq məqsədi güdən dairələri hədəf seçib onları ittiham etmək əvəzinə, Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyə qalxmayın.

Bahar Muradova bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla, xüsusən də Avropa qurumları ilə münasibətlərə başlayanda ilk olaraq iqtisadi, siyasi, humanitar əməkdaşlığı, Dağlıq Qarabağ probleminin ədalətli həllini qarşıya məqsəd qoymuşdu. Azərbaycanın bu məsələlərlə bağlı müxtəlif mötəbər tədbirlərdə çox çağırışlar etdiyini söyləyən Milli Məclis sədrinin müavini deyib: “Diqqəti bu tipli sənədlərdə görünən və görünməyən tərəflərə yönəltmək istəyirəm. Görünən tərəf odur ki, guya kimlərsə kimlərinsə hüquqlarını müdafiə etmək istəyir. Hansısa “ali məqsədlər”dən danışır. Ancaq mahiyyətə baxdıqda burada bir sıra məqsədlərin gizləndiyini görürük. Əgər beynəlxalq hüquqda dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü əsas götürülürsə nəyə görə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri sənədlərə əməl olunması ilə bağlı Ermənistana heç bir çağırış edilmir?!

Son dövrlər baş verənlər göstərir ki, sən demə ölkələrin ərazi bütövlüyünün pozulması qədim qitəni bir o qədər də narahat etmir. Əgər onlar bu baş verənlərdən narahat olsaydılar mövqelərini açıq şəkildə ortaya qoyardılar”.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib: “Çalışırdıq Avropa Parlamentində Azərbaycanı təmsil edək və bu qurumda məhdudiyyət qoymadan səmimi müzakirələr aparaq. 2009-cu ildən sonra yeni Avropa Parlamenti seçiləndən sonra vəziyyət tam dəyişdi. Onlar istəyirlər ki, biz Dağlıq Qarabağ məsələsində güzəştə gedək. Onların maraqlı olduqları məsələlərdə biz güzəştə getməyincə bir şey dəyişməyəcək, əsassız təzyiqlər davam edəcək. 2009-cu ildə onlar gördülər ki, Azərbaycanın iqtisadi, siyasi, maliyyə, hərbi qüdrəti elə bir səviyyəyə gəlib çıxa bilər ki, sabah Azərbaycanı güzəştə məcbur etmək mümkün olmayacaq. Bu gün də Azərbaycan hökumətinin apardığı tarazlı, balanslaşdırılmış siyasət onlara imkan vermir ki, ölkəmizi cürbəcür oyunlarda istifadə etsinlər. Biz güzəştə getməsək bizimlə bu dildə danışacaqlar. Lakin biz də onlarla eyni dildə danışmalıyıq. Kimdən, nədən asılılığımız var? Biz bu gün nəyə nail olmuşuqsa özümüz olmuşuq”.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamentinin bu qətnaməsi parlamentdə çox ciddi müzakirə olunmalı və ona layiqli cavab verilməlidir. Səməd Seyidov deyib: “Avropa Parlamenti tələsik, seçkiqabağı, böhtan və yalanlarla dolu bu qətnaməni qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu. Bəlkə də uzun müddət bu zərbənin altından çıxa bilməyəcək. Bundan sonra onların deyəcəkləri sözlər, qəbul edəcəkləri qərarlar heç bir ciddi əhəmiyyət kəsb edə bilməz. Ona görə ki, yalnız Azərbaycanın yox, bütün dünyanın, Avropanın gözü qarşısında onlar ölkəmizə qarşı təhrikçi və məsuliyyətsiz bir addım atdılar. Sual olunur, niyə Avropa deputatları manipulyasiya edərək haqq sözə qulaq asmadılar? Bunun yalnız bir səbəbi var: Azərbaycan müstəqil siyasət apararaq dünyada söz sahibinə çevrilib. Dövlətimiz kiminsə diktəsi ilə deyil, öz xalqının maraqları ilə hərəkət edir. Ən əsası isə bu gün Azərbaycan iqtidarı işğal edilmiş torpaqlarını ATƏT-in Minsk qrupundan, Avropa Parlamentindən kənar azad etmək iqtidarındadır. Budur onları qorxuya salan.

Biz beynəlxalq təşkilatlar vasitəsilə öz problemlərimizi dünyaya çatdırmaq və nəticədə bu məsələləri həll etmək istəyirik. İnsan haqlarını müzakirə edəndə biz qaçqınları, demokratiya deyəndə bərabərliyi, qanunun aliliyini fikirləşəndə beynəlxalq qanunun aliliyini düşünürük. Amma bu qətnamə insan hüquqları pərdəsi altında müstəqil dövlətin məhkəmə sisteminə zərbə vurmaq cəhdlərini göstərdi. Demokratiya deyəndə islamofobiya, irqçilik, qeyri-tolerantlıq kimi məsələlərin gündəmə gəlməsini gördük. Qanunun aliliyi deyəndə isə separatçı qüvvələrlə, terrorçularla birgə oturub iş görməyi gördük.

Biz dövlətimiz, milli maraqlarımız naminə öz sözümüzü deməliyik. Avropa Parlamentində sağlam qüvvələrlə birləşib orada korrupsiyaya uğramış lobbiçilik qruplarını ifşa etməliyik”.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, uzun illər ərzində korrupsiya yolu ilə Azərbaycandakı “hüquq müdafiəçiləri”nə, QHT-lərə, jurnalistlərə ayrılmış vəsait, bu cinayətkar əməllər Azərbaycan hüquq mühafizə orqanları tərindən ifşa olunub. Komitə sədri deyib: “Əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur”. O, həmçinin qeyd edib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur. Bundan sonra da bu əlaqələr davam etdiriləcək. Biz Azərbaycanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər.

“Azərbaycanda olan inkişafı gözü götürməyənlərə, bu inkişafa zərər gətirmək istəyən strukturlara bildiririk ki, qərəzli mövqelərindən əl çəksinlər”, - deyən Milli Məclisin deputatı Siyavuş Novruzov bu qətnamənin böyük ədalətsiz yanaşma olduğunu vurğulayıb. O qeyd edib ki, bəzi yerli satqınlar da Avropa Parlamentində oturan ermənipərəstlərlə birgə fəaliyyət göstərirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənə bilərlər. Azərbaycanda iqtidarla xalq birdir və heç bir qüvvə bu birliyə xələl gətirə bilməz.

İclasda çıxış edən deputatlar Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Sevinc Fətəliyeva, Fəttah Heydərov, Azay Quliyev, Səttar Mehbalıyev, Fazil Mustafa, Asim Mollazadə və digərləri Avropa Parlamentinin heç bir fakta əsaslanmayan qətnaməsini sərt şəkildə tənqid ediblər. Bildiriblər ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə bu dəfə parlament seçkiləri ərəfəsində dövlətimizin imicinə bir daha xələl gətirmək cəhdidir. Bəzi ölkələr kimi Azərbaycanı da alətə çevirmək istəyənlər Azərbaycanla manipulyasiya vasitəsilə əməkdaşlıq etmək arzusundadırlar. Bu, qəbuledilməzdir. Bütün təzyiqlərə baxmayaraq milli maraqların qorunmasını əsas tutaraq Azərbaycanın müstəqil, tarazlaşdırılmış siyasət aparması bəzi dairələrdə ciddi narahatlıq doğurur. Avropa parlamentinin ədalətsiz qərarının arxasında Qərbdəki ermənipərəst və islamofob qüvvələrin və onların havadarlarının dayandığı məlumdur. Bu qətnaməyə səs verənlər də erməni lobbisi və diasporu tərəfindən pulla alınmış adamlardır. Bu cür qətnamələr hər zaman ölkəmizdə baş tutan vacib hadisələr ərəfəsində qəbul olunur. Bu, bir daha bu qətnamələrin Azərbaycanı istəməyən qüvvələr tərəfindən hazırlandığını nümayiş etdirir.

Milli Məclisin deputatları Avropa Parlamenti tərəfindən 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul edilmiş qətnaməni birmənalı olaraq qətiyyətlə pisləyib və onu ədalətsiz, qərəzli hesab ediblər.

Sonra Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul edilib.

Bununla da Milli Məclisin növbədənkənar iclası başa çatıb.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK VİDEO

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər