Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin plenar iclasında 36 məsələyə baxılıb

Milli Məclisin plenar iclasında 36 məsələyə baxılıb

Bakı, 25 aprel, AZƏRTAC 

Aprelin 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin sədri Oqtay Əsədov aparıb. Gündəliyin təsdiqindən sonra qanun layihələrinin müzakirəsinə başlanılıb.

Əvvəlcə Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. 2016-cı il dekabrın 29-da Bakı şəhərində və dekabrın 30-da Ankara şəhərində imzalanmış Saziş deputatlar tərəfindən razılıqla qarşılanıb.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Komitə sədri Məcəllənin 65 və 267-ci maddələrinə edilən dəyişiklikləri diqqətə çatdırıb. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Ziyafət Əsgərov “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumatında bildirib ki, dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli sənədə uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O qeyd edib ki, sənədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarını tənzimləyən yeni 594-2-ci maddə əlavə edilir və burada cərimə formasında müəyyən edilən məsuliyyət nəzərdə tutulur. Sənəd səsə qoyularaq qəbul edilib.

Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədlə əlaqədar məlumat verib. Bildirilib ki, sənədə dəyişikliklər Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün təklif edilir. Qeyd olunub ki, inzibati vəzifələrin ali təsnifatında Birinci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmələri, rəhbəri, müavin və müşavir vəzifələri nəzərdə tutulur. Bu qanun layihəsi məhz həmin prosedurların yerinə yetirilməsini özündə ehtiva edir. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. Qeyd olunub ki, dəyişiklik “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2016-cı il 29 noyabr tarixli 437-VQD nömrəli qanuna uyğunlaşdırma məqsədi ilə edilib. Bu sənəd də deputatların razılığı ilə təsdiqlənib.

Əli Hüseynli “Yol hərəkəti haqqında” Qanunda təklif edilən dəyişiklikləri şərh edərək bildirib ki, sənədin 27-ci maddəsi Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının qanunauyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilərək uçota alınmasını müəyyən edir. Yeni təklifə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmək və uçota alınmaq üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Qanuna əsasən nəqliyyat vasitəsi istehsal olunduğu vaxtdan 4 il keçdikdə iki ildə bir dəfə, istehsal olunduğu vaxtdan 10 il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi nəzərdə tutulur. Nəticə etibarilə təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Sənəd ətraflı müzakirələrdən sonra təsdiqlənib.

Sonra Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə danışıb. Komitə sədri qeyd edib ki, dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə” 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 433-VQD nömrəli qanunun icrası ilə əlaqədar təklif edilir. Həmin qanunlara əsasən bəzi qanunlara dəyişikliklərin qüvvəyə minməsi tarixi 1 yanvar 2018-ci il tarixindən nəzərdə tutulur. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə də Əli Hüseynli məlumat verib. Bildirilib ki, dəyişiklik “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 17 avqust 2006-cı il tarixli Fərmanında dəyişiklik edilməsi barədə 18 noyabr 2016-cı il tarixli 1119 nömrəli Fərmanı ilə əlaqədardır. Bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu”nun 3-cü hissəsində Ədliyyə Nazirliyi Strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar müəyyən edilir. Qanun layihəsinə təklif olunan dəyişikliklər təkmilləşdirmə məqsədi daşıyır. Sənəd səsvermə yolu ilə qəbul edilib.

Əli Hüseynli 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə əlaqədar deyib ki, dövriyyəsi qadağan olunan və tənzimlənən maddələrin siyahısına BMT-nin Narkotiklər üzrə Komissiyasının üzv ölkələrə verdiyi tövsiyələrə əsasən yeni növ 2 narkotik və 4 psixotrop maddələrin adları bu siyahıya əlavə edilir. Sənəd səsə qoyularaq təsdiqlənib.

Əli Hüseynli 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında sənədlə əlaqədar bildirib ki, bu qanun layihəsi əvvəlcə qəbul edilən sənədin davamıdır. Burada narkotik maddə və psixotrop maddələrin külli miqdarı müəyyən edilir və milliqramla göstərilir. Sənəd səsə qoyularaq qəbul edilib.

İclasda Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənəd müzakirə edilib. Bildirilib ki, dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşdirmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası tələb olunmayacaq. Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Əli Hüseynli gündəlikdəki digər 3 məsələ - Cinayət, İnzibati Xətalar və Mülki Məcəllələrə edilən əlavə və dəyişikliklə bağlı sənədləri birlikdə şərh edib. Komitə sədri bildirib ki, təklifin mahiyyəti hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması hallarına görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu, müəyyən cərimələr və cinayət məsuliyyətinə cəlbetmə halı ola bilər. Sənəddə bağlanmış əqdlərin səhmdara vurduğu ziyana görə də məsuliyyət halları əksini tapır. Bildirilib ki, sonradan məhkəmə mübahisələrinə gətirib çıxaran hüquqi şəxslərlə bağlı əqdlərin bağlanması qaydalarında baş verən pozuntuların qarşısını alacaq. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Müflisləşmə və iflas haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verərək bildirib ki, sənəd müflisləşmə zamanı təyin olunan əmlak inzibatçısının hüquq və vəzifələrini, borclunun kreditorlarının hüquqlarını, müəssisənin sağlamlaşdırma şərtlərini, müflisləşmə zamanı ödənişlərin növbəliliyini, borcluya aidiyyəti olan şəxsləri dəqiqləşdirmək məqsədilə hazırlanıb. Sənəd səsvermə yolu ilə qəbul edilib.

Milli Məclisin iclasında Ali Məhkəməyə yeni hakimin seçilməsi məsələsinə də baxılıb. Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb. Deputatlar Əziz Seyidovun təyinatının lehinə səs veriblər.

İclasda Mülki və İnzibati Xətalar məcəllələrində “Kommersiya sirri haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə edilən texniki dəyişikliklər də təsdiqlənib.

Sonra Ziyad Səmədzadə Vergi Məcəlləsində “beynəlxalq daşıma” anlayışının dəqiqləşdirilməsi məqsədi ilə edilən dəyişikliyi diqqətə çatdırıb. Qeyd olunub ki, beynəlxalq daşıma - yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan ərazisində yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Sənəd səsə qoyularaq qəbul edilib.

Ziyad Səmədzadə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə danışarkən vurğulayıb ki, sənədə təklif olunan dəyişiklik hüquq sahiblərinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, eləcə də başqasına keçməsinə dair qeydiyyat orqanı tərəfindən verilən çıxarışın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə əldə etmək imkanı verir. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

İclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə də məlumat verilib. Bildirilib ki, sənədin 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq. Sənəd qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti 4 məsələ - “Yol hərəkəti haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, Vergi və Gömrük məcəllələrində dəyişikliklər edilməsi barədə birgə məlumatı nəzərə çatdırıb. Qeyd olunub ki, dəyişikliyin əsas mahiyyəti büdcə vəsaitlərinin daha səmərəli istifadə olunmasından büdcədənkənar fondların vəsaitlərinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir. Belə ki, qanunvericilikdə bir sıra hallarda cərimələr, haqqıödənilən xidmətlərdən daxil olan vəsaitlər həmin qurumun özündə qalırdı. Təklif olunur ki, bu vəsaitlər bir nəzarət orqanında cəmləşsin. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini də təsdiqləyiblər.

İclasda “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, ölkəmizdə pul-kredit siyasətinin daha təkmil həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən kredit təşkilatlarına (banklara) məqsədli kreditlərin verilməsini nəzərdə tutan 49-1-ci maddə ləğv edilir. Qanun layihəsi səsvermə yolu ilə təsdiq olunub.

“Valyuta tənzimi haqqında” qanunda təklif edilən dəyişikliklərə əsasən isə bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Qeyd edilib ki, lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda, banklara, rezident və qeyri-rezident vətəndaşlara veriləcək. Valyutadəyişmə məntəqəsinə lisenziya almaq üçün girov tələb ediləcək.

Sonra “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda müvafiq dəyişikliklər də təsdiqlənib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı məlumatda vurğulayıb ki, normativ-hüquqi aktların, o cümlədən texniki normativ-hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yaradıcılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan edilir. Qeyd olunub ki, nəzərdə tutulan dəyişiklik “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi deputatlar tərəfindən məqsədəuyğun hesab edilib.

Sonra Əhliman Əmiraslanov bildirib ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, burada göstərilən siyahının “İnsan orqanı və toxumaları” adlı 12-ci bəndinə “gözün buynuz qişası istisna olmaqla” sözləri əlavə edilir. Müvafiq olaraq, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna yeni – “gözün buynuz qişası” maddəsi əlavə olunur. Diqqətə çatdırılıb ki, bu dəyişikliklərdən sonra gözün buynuz qişasının Azərbaycana gətirilməsi ilə bağlı yaranan çətinliklər aradan qaldırılacaq. Əhliman Əmiraslanov ölkəmizdə gözün buynuz qişası bankının yaradılmasının zəruri olduğunu söyləyib. Burada əks olunan məsələlərin insanların sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Eyni zamanda, qanunun ölkədə transplantologiya sahəsinin inkişafında müsbət rol oynayacağını vurğulayıb. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasın sonunda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib. Ölkədə yeni iqtisadi sistemin formalaşdığını deyən Ziyad Səmədzadə bildirib ki, qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Layihədə qeyd olunur ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Sənəddə daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb. Layihəyə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Qanun daşınar əmlakın qirov qoyulması əsasında sahibkarların, fiziki şəxslərin maliyyə resursuna çıxışını asanlaşdıracaq. Layihədə daşınar əmlakın dövlət reyestrinin yaradılması da nəzərdə tutulur. Burada həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayı 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq. Layihə ilk oxunuşda səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb