SİYASƏT


Milli Məclisin nümayəndə heyəti Avstraliyada bir sıra görüşlər keçirib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Milli Məclisin nümayəndə heyəti Avstraliyada səfərdədir. Pert şəhərində Milli Məclisin Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qərbi Avstraliya Senatının sədri Barri Haus və Nümayəndələr Palatasının sədri Maykl Sazerlend ilə görüşləri keçirilib. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfindən görüşlərdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Azərbaycanın Qərbi Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Görüşlərdə Qərbi Avstraliyanın Turizm, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Parlamentin hər iki palatasının sədrləri Azərbaycan nümayəndə heyətini dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar təbrik edib və ölkəmizə xoş arzularını çatdırıblar.

Danışıqlarda Azərbaycanla Avstraliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmin gün nümayəndə heyəti Pert şəhərində ölkəmizin Avstraliya İttifaqındakı fəxri konsulluğu ilə tanış olub. Fəxri konsul Aydan Rzayeva konsulluğun fəaliyyəti haqqında deputatlara məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.