SİYASƏT


Milli Məclisin nümayəndə heyəti Türkiyəyə səfər edəcək

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti İstanbulda Bosfor boğazı üzərində üçüncü körpünün açılış mərasimində iştirak etmək üçün avqustun 25-də Türkiyəyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, IX Osmanlı padşahı Yavuz Sultan Səlimin adı verilən körpünün eni 59 metr, uzunluğu 1408 metrdir. Körpü dünyanın ən geniş və uzun rels sisteminə malik “asma körpü”sü olacaq. Avropa ilə Asiya qitəsini birləşdirəcək bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və nazirlər iştirak edəcəklər. Milli Məclis sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri də gözlənilir.

Mərasim çərçivəsində keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Səfər avqustun 27-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.